10:57 12-03-2021
news_image
109
FUTBOL

Azərbaycan çempionatında təxirəsalma - SƏBƏB

Azərbaycan birinci divizionunda bir oyun təxirə salınıb.

Apasport.az xəbər verir ki, bu barədə Peşəkar Futbol Liqası rəsmi saytı vasitəsilə məlumat yayıb.

Bildirilib ki, bu gün səhər saatlarından Tovuzda başlayan qar şəhər stadionunun qarla  örtülməsinə səbəb olub. Aparılan son araşdırmaların ardından “Turan Tovuz” – “Sabah-2” oyununun bu gün nəzərdə tutulan vaxtda baş tutmayacağı məlum olub.

Təmizləmə işlərindən sonra Azərbaycan çempionatı matçının sabah Tovuz şəhər stadionunda keçirilməsi və saat 15:00-da başlaması nəzərdə tutulub.