11:56 12-03-2021
news_image
226
FUTBOL

Gözlənilməz yolasalmalar – “dörd böyük”

Rəhbərliyi və Superliqanın yayım sponsorunu tənqid etdiyi üçün “Qalatasaray”ın yarımmüdafiəçi Yunes Belhanda ilə müqaviləyə xitam verməsi futbol ictimaiyyəti tərəfindən birmənalı qarşılanmadı.

Apasport.az saytının məlumatına görə, əksəriyyət hesab edir ki, “cim-bom” Türkiyə futbolunun daimi problemi olan FİFA-nın sanksiyası ilə üzləşməkdən qaça bilməyəcək.

Çünki mərakeşli pleymeyker müqavilə təktərəfli ləğv edildiyi üçün ali futbol qurumuna şikayət etməyə hazırlaşır.

Keçmişə nəzər yetirsək, Türkiyənin “dörd böyük” klubu olan “Qalatasaray”, “Fənərbaxça”, “Beşiktaş” və “Trabzonspor”un bir çox ulduz futbolçu ilə imzalanan sözləşməyə sadiq qalmadığını görərik. Bəziləri qarşılıqlı razılıqla ayılıbsa, müqavilənin təktərəfli ləğvi qərarı da ilk dəfə yaşanmır.

Həmin oyunçuların bəziləri aşağıdakılardır:

“Beşiktaş”
Paskal Numa
Matteo Ferrari
Quti Ernandes
Rikardo Kuarejma
Egemen Qorxmaz
Viktor Ruiz

“Fənərbaxça”
Robert Enke
Stefan Appya
Aleks de Souza
Dieqo Ribas
Maks Kruz

“Qalatasaray”
Haim Revivo
Tobias Linderot
Uesli Sneyder
Yunes Belhanda

“Trabzonspor”
Floren Maluda
Daniel Starric
Con Obi Mikel