12:23 12-03-2021
news_image
150
FUTBOL

U-20-yə düşəcək qapıçı yoxdur – Azərbaycanda

Bir neçə gündür Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (İFFHS) müxtəlif qitələrin rəmzi U-20 komandalarını açıqlayır. Burada 2000-ci il və daha sonra anadan olanlar yer alıb.

Apasport.az saytı Azərbaycan Premyer Liqasının cari mövsümündə meydana çıxan 2000 və daha aşağı təvəllüdlü futbolçuların siyahısını təqdim edir.

Ümumilikdə 24 belə oyunçu şans qazanıb. Onlardan 21-i yerli, 2-si legioner, biri isə milliləşən əcnəbidir.

Çempionatımızın heç bir komandası gənc qapıçıya şans verməyib. Ölkəmizdə U-20-yə düşəcək qolkiper yoxdur.

Klublarımız müdafiə xəttində də daha çox təcrübəlilərə güvənir. Bunun nəticəsidir ki, arxada qalan 19 turda cəmi 6 gənc müdafiəçi meydana çıxıb. Onlardan da yalnız biri – Rüfət Əhmədov oyunların yarısından çoxunda iştirak edib. Üçü isə yalnız bir dəfə şans qazanıb.

Rüfət Əhmədov

Qəbələ

10

Mert Çelik

Neftçi

9

Cəlal Hüseynov

Zirə

5

Elçin Mustafayev

Keşlə

1

Elton Əlibəyli

Neftçi

1

Nicat Əliyev

Sumqayıt

1

Gənclərə daha çox yarımmüdafiəçi kimi etimad göstərilib. Cari mövsümdə 16 belə oyunçu meydana çıxıb. Onlar arasında rekordçu Toral Bayramovdur. Onun “Qarabağ”dakı komanda yoldaşı Elvin Cəfərquliyevlə “Qəbələ”li İdris İnqilablı 13 dəfə şans qazanıb. 16 gənc yarımmüdafiəçidən dördü – bir dəfə, yəni təsadüfi meydana çıxıb.

Toral Bayramov

14

Qarabağ

Elvin Cəfərquliyev 

13

Qarabağ

İdris İnqilablı

13

Qəbələ

Turan Vəlizadə

10

Keşlə

Səbuhi Abdullazadə

10

Sumqayıt

Veysəl Rzayev

9

Sabah

Rüfət Abdullazadə

9

Sumqayıt

Ədilxan Qarəhmədov

8

Səbail

Şakir Seyidov

7

Sabah

Ceyhun Nuriyev

5

Sabah

Pərviz Azadov

3

Keşlə

Xəzər Mahmudov

2

Keşlə

Fərid Yusifli

1

Neftçi

Asim Əlizadə

1

Neftçi

Arsen Ağcabəyov

1

Səbail

Sənan Ağayev

1

Sumqayıt

Hücum xəttində də gənclərə güvənilmir. Yalnız iki belə futbolçu şans qazanıb. Hazırda onların hər ikisi “Zirə”dədir. İki komandada oynamış Musa Qurbanlıdan fərqli Filipe Paxtmandır. O, cəmi 1 dəfə şans qazanıb.

Musa Qurbanlı

Qarabağ/Zirə

10

Filipe Paxtman

Zirə

1