13:02 12-03-2021
news_image
196
FUTBOL

Ən güclü cütlük - görünməmiş hadisəyə doğru növbəti cəhd

Çempionlar Liqasının cari mövsümü futbol tarixinə unikal hadisə ilə düşə bilər.

Apasport.az saytının məlumatına görə, Avropanın ən nüfuzlu klub turnirlərinin tarixində ilk dəfə cütlük mövsümü titullarla qapamaq imkanına malikdir.

Söhbət dünyanın ən güclü futbolçu cütlüyü hesab edilən Alfonso Devislə Cordin Uitemadan gedir. Apreldə birlikdə olmaqlarının 4 ilini qeyd edəcək gənclər yenidən Çempionlar Liqasında triumfa yaxındır.

Alfonso çıxış etdiyi “Bavariya” ilə 1/8 finaldadır. Ötən il qazanılan titulu qorumağı hədəfləyən Almaniya klubu yenə əsas favoritdir. Gənc kanadalının yenidən Çempionlar Liqasını qazanması kifayət qədər realdır.

Onun sevgilisi üçün isə bu arzunun reallaşması daha çətin görünür. Düzdür, PSJ 1/4 finaldadır və rəqibini bugünkü püşkatmada tanıyacaq. Lakin ötən il yarımfinalda “Lion”a uduzan parislilər yenə dünya futbolunun ən nəhəng klubunun “kabus”undan çəkinir.

Devis kimi kanadalı olan Uitemanın Çempionlar Liqası xəyalı daha çox “Lion”un büdrəməsindən asılı olacaq. Möcüzə baş versə, şimali amerikalılar Çempionlar Liqasını qazanan ilk cütlük kimi tarix yazacaq.