14:36 12-03-2021
news_image
124
FUTBOL

Premyer Liqa klubunun səhmləri satılır – 100 milyona

İngiltərənin “Mançester Yunayted” klubu sahiblərindən olan Avraam Qleyzer səhmlərini satmağa qərar verib.

Apasport.az saytının məlumatına görə, funksioner bu satışdan 100 milyon dollar qazanmağı planlaşdırır.

Sahibkar bunun üçün klubun səhmlərinin cəmi 5 faizini satmaq niyyətindədir. Qleyzerlər ailəsi Premyer Liqa təmsilçisinin səhmlərinin 78 faizinin sahibidir.

Qeyd edək ki, Mançester təmsilçisi Premyer Liqanın 28 turundan sonra 2-ci pillədə qərarlaşıb.