23:14 12-03-2021
news_image
192
FUTBOL

Soyadını kimə görə dəyişib? – Neymarın bacısı

Braziliya millisinin və PSJ-nin futbolçusu Neymar növbəti dəfə zədələnib.

Apasport.az saytının məlumatına görə, hücumçu bu dəfə də bacısının ad günü ərəfəsində xəsarət alıb.

Cənubi amerikalının eyni vaxtda zədələnməsi adi hala çevrilib. Neymardan 4 yaş kiçik olan Rafaella isə dünən 25 yaşını qeyd edib.

Maraqlıdır ki, yubilyarın sevimli futbolçusu qardaşı deyil. Devid Bekhem fanatı olan Rafaella məhz onun şərəfinə soyadını da dəyişib.

Neymar kimi əsl soyadı Da Silva Santos olan xanım Bekran olmağa üstünlük verib. Rafaella təkcə qardaşına görə deyil, həm də instaqramdakı paylaşımları ilə məşhurdur. Onun açıq-saçıq şəkilləri yüz minlərlə pərəstişkar toplamasına səbəb olub.