16:27 12-03-2021
news_image
186
FUTBOL

Türkiyədə neçənci liqada oynayır? - U-21-ə ilk dəfə çağırılan futbolçu

AFFA-nın Türkiyədən bu il milliləşdirdiyi növbəti futbolçu Samet Karakoç ölkəsinin III liqasında çıxış edən “Bayrampaşa”nın üzvüdür.

Apasport.az saytının məlumatına görə, U-21 millimizə ilk dəfə dəvət edilən 18 yaşlı mərkəz müdafiəçisi elə adıçəkilən klubun yetirməsidir.

Ötən il klubu ilə ilk peşəkar müqavilə imzalayan Karakoç üçün cari mövsümün ilk yarısı heç də uğurlu keçməyib. Təsadüfi deyil ki, futbolçu qış fasiləsinə qədər cəmi bir matçda 4 dəqiqə meydanda olub. Lakin gənc müdafiəçi 2021-ci ilin yanvarından əsas heyət üzvünə çevrilib və artıq aparıcı oyunçulardandır. Samet geridə qalan iki ay ərzində ardıcıl 9 görüşdə iştirak edib, onun 8-də sona qədər meydanda qalıb.

Samet Karakoçun müqavilə müddəti 2022-ci ilin yayına qədər olan “Bayrampaşa” III liqanın IV qrupunda 23 turda 35 xal toplayaraq 7-ci pillədə qərarlaşır.

Qeyd edək ki, yanvarda U-19 komandamıza da çağırılmış Samet Karakoç eyni zamanda müdafiənin sol cinahında da oynamağı bacarır.