17:15 12-03-2021
news_image
161
FUTBOL

“Mançester Siti” tarixində ilk – ardıcıl iki ay...

İngiltərə Premyer Liqasında fevralın ən yaxşı futbolçusu müəyyənləşib.

Apasport.az saytının məlumatına görə, bu ada “Mançester Siti”nin yarımmüdafiəçisi İlkay Gündoğan layiq görülüb.

Almaniya millisinin üzvü ötən ay 5 oyunda 4 qol, 1 məhsuldar ötürmə ilə diqqət çəkib. Yanvarda da bu mükafatı qazanan İlkay “Mançester Siti” tarixində ardıcıl iki ay Premyer Liqanın ən yaxşı seçilən ilk oyunçusu olub.

“Şəhərlilər”in çalışdırıcısı Pep Qvardiola isə fevralın ən yaxşı baş məşqçisi adına layiq görülüb. İspaniyalı mütəxəssis ardıcıl 2-ci, ümumilikdə isə 9-cu dəfə həmkarlarını qabaqlayıb.