“Real”ın baş məşqçisi Zinəddin Zidan “Yuventus”un hücumçusu Kriştianu Ronaldonun dönəcəyi ilə bağlı yayılan söz-söhbətlərə münasibət bildirib.
Apasport.az saytının məlumatına görə, fransalı mütəxəssis Portuqaliya millisinin kapitanının onlar üçün böyük önəm daşıdığını vurğulayıb.
Ronaldonu qaytarmaq istədiklərini təsdiqləməyən Zizu eyni zamanda təkzib də etməyib: “Kriştianunun “Real” üçün nə demək olduğunu bilirsiniz. Burada etdikləri heyrətamizdir. Ancaq indi "Yuventus"un oyunçusudur və orada çox yaxşı oynayır. Bu barədə sizə heç nə deyə bilmərəm. Bəli, ətrafında çox söz-söhbət var, amma hörmət göstərməliyik”.
Qeyd edək ki, Kriştianu Ronaldo 2009-2018-ci illərdə “Real”ın uğurları üçün çalışıb.