22:32 12-03-2021
news_image

Yığmamızın medal sayı 3-ə çatdı - Tağızadədən bürünc

Azərbaycan taekvondoçusu Ayxan Tağızadə Türkiyənin İstanbul şəhərində 8-ci dəfə keçirilən "Turkish Open" beynəlxalq turnirində yığmamıza daha bir medal qazandırıb.

Apasport.az saytının məlumatına görə, 74 kq çəki dərəcəsində mübarizə aparan idmançı yarımfinala kimi inamla irəliləyib.

O, finala vəsiqə uğrunda döyüşdə ispan rəqibinə məğlub olub. Ayxan yarışı bürünc medala başa vurub.

Qeyd edək ki,  daha öncə Milad Beiqi Harçeqani (87 kq) qızıl, Radik İsayev (+87 kq) gümüş mükafata sahib olub.