10:29 13-03-2021
news_image
96
FUTBOL

İlin futbolçusu – Premyer Liqada

İngiltərə Premyer Liqasında ilin futbolçusu bəlli olub.

Apasport.az saytının məlumatına görə, İngiltərə və Uels Futbol Azarkeşləri Assosiasiyası bu ada Brunu Fernandeşə layiq görüb.

“Mançester Yunayted”in yarımmüdafiəçisi sorğuda hamıdan çox səs toplayıb. Portuqaliyalı klubunun bu mükafatı qazanan ilk futbolçusu olub.

Qeyd edək ki, Brunu ötən ay Avropa Liqasında həftənin oyunçusu mükafatı da qazanıb.