10:47 13-03-2021
news_image
245
FUTBOL

“Neftçi” Bakıya gətirdi - Hondanı

Bakının “Neftçi” klubunun heyətinə qatacağı Yaponiya millisinin sabiq futbolçusu Keysuke Honda Bakıya gəlib. 

Apasport.az saytının məlumatına görə, Premyer Liqanın lideri transferi ilə bağlı danışıqlar apardığı asiyalı legionerlə müqavilə paytaxtda imzalanacaq. 

35 yaşlı veteran yarımmüdafiəçi ölkəmizə menecerləri və nümayəndələri ilə gəlib. Onun mövsümün sonunadək “ağ-qaralar”ın uğurları üçün çalışacağı gözlənilir.

Qeyd edək ki, həm də Kamboca millisinin baş məşqçisi olan Honda 2008-18-ci illərdə şərəfini qoruduğu Yaponiya yığmasında 98 oyuna 37 qol vurub.