11:46 13-03-2021
news_image
768
FUTBOL

İlk yaponiyalı, 38-ci asiyalı – Hondanı gözləyən rəqəmlər

Yaponiya millisinin sabiq futbolçusu Keysuke Hondanin “Neftçi”yə keçidi reallaşmaq üzrədir.

Apasport.az saytının məlumatına görə, artıq Bakıya gələn 35 yaşlı veteranın transferi rəsmiləşsə və yarımmüdafiəçi Premyer Liqada debüt etsə, o, Azərbaycan futbolu tarixinə çempionatdakı ilk yapon kimi düşəcək.

İndiyədək heç bir “Gündoğar ölkə” təmsilçisi çempionatımızda oynamayıb. Yaponiya Premyer Liqada təmsil olunan 8-ci Asiya ölkəsi olacaq. Söhbət Asiya Futbol Konfederasiyasına (AFK) daxil olan ölkələrdən gedir. Çünki coğrafi baxımdan bu qitəyə aid olan bəzi ölkələr UEFA-ya üzvdürsə, başqa qitələrdən olan digərləri AFK-ya daxildir.

Ölkələrin konfederasiyasını dəyişməsi ilə yanaşı milliləşmə də legionerlərlə bağlı statistikaya təsirini göstərir. Məsələn, AFFA iranlı legionerləri yığmamıza cəlb etməkdə maraqlıdır. Amma həmin futbolçu istənilən halda iranlı sayılır. Eyni sözlər Alvaro Silvaya da aiddir. İspaniyalı futbolçu sonradan Filippin vətəndaşlığı qəbul etsə də, onu asiyalı saymaq olmaz. 

AFK  təmsilçiləri – 37
Türkmənistan – 15
İran – 12
Özbəkistan – 4
Tacikistan – 3
Cənubi Koreya – 1
Avstraliya – 1
Honkonq – 1

Cari mövsümün asiyalıları
Şahruh Qadoyev (Özbəkistan, “Keşlə”), Saman Nərimancahan (İran, “Neftçi”), Peyman Keşavarz (İran, “Səbail), Bəxtiyar Rəhmani, Adəm Həmati, Əli Qurbani, Höccət Haqverdi, Mehdi Şərifi (hamısı İran, “Sumqayıt”)

Azərbaycanda ilk asiyalı
Arif Mirzəyev – 2001/02 mövsümü (Türkmənistan, “Neftçi)

Ən çox oyun keçirən asiyalılar
Nazar Bayramov (Türkmənistan) - 105
Bahodir Nasimov (Özbəkistan) – 93
Məkan Nəsirov (Türkmənistan) – 66
Elman Taqayev (Türkmənistan) – 33
Oleq Belyakov (Özbəkistan) - 30
Peyman Babayi (İran) – 30

Asiyalı bombardirlər
Bahodir Nasimov (Özbəkistan) – 38
Peyman Babayi (İran) – 10
Nazar Bayramov (Türkmənistan) - 10
Farzad Hatəmi (İran) – 8