16:43 13-03-2021
news_image
200
DİGƏR NÖVLƏR

Uğursuz çıxış - qılıncoynadanlarımızdan

Azərbaycan qılıncoynadanları Macarıstanın paytaxtı Budapeştdə keçirilən sablya üzrə dünya kubokunun fərdi yarışlarını uğursuzluqla  başa vurub.

Apasport.az saytının məlumatına görə, kişi və qadınların şəxsi yarışına qatılan 4 idmançımızdan heç biri 1/8 finala da yüksələ bilməyib.

Təmsilçilərimizin ən böyük uğuru 1/16 final olub. 1/32 finalda macarıstanlı Kira Keszeyə 15:4 hesabı ilə qalib gələn Anna Başta üçün bu, son qələbə olub. O, 1/16 finalda fransalı Brunet Manon qarşısında aciz qalıb - 6:15.

Valeriya Bolşakova isə əsas mərhələni ilk qarşılaşmada başa vurub. O, 1/32 finalda Rusiya təmsilçisi Olqa Nikitina ilə bacarmayıb - 6:15.

Qeyd edək ki, yarışa qatılan digər iki qılıncoynadanımız - Sevil Bünyatova və Səbinə Kərimova əsas mərhələyə vəsiqə qazana bilməyib. Yığmamız sabah komanda yarışında qüvvəsini sınayacaq.