00:03 14-03-2021
news_image
138
FUTBOL

“Mançester Siti”nin futbolçusu doberman aldı – 40 min funta

İngiltərənin “Mançester Siti” klubunun futbolçusu Kayl Uoker evinin təhlükəsizliyini təmin etməyə qərar verib.

Apasport.az saytının məlumatına görə, müdafiəçi bu məqsədlə it almağı məqsədəuyğun sayıb.

Uoker doberman iti üçün 40 min funt sterlinq ödəyib. Futbolçu heyvanına Apollo adını verib. Bu addım “Rokki” filmindəki qəhrəmanın şərəfinə atılıb.

Qeyd edək ki, bir müddət əvvəl “Everton”un qapıçı Robin Olsenin evinə silahlı qarətçilər girib.