20:28 13-03-2021
news_image
145
FUTBOL

Tarixin ikinciliyinə şərik oldu - Levandovski

Robert Levandovski Almaniya Bundesliqasının ən yaxşı bombardirləri siyahısında 2-ci pilləyə şərik olub.

Apasport.az saytının məlumatına görə, “Bavariya”nın polşalı hücumçusu buna “Verder”lə qarşılaşmada nail olub.

Görüşdə komandasının 3-cü qoluna imza atan forvard Bundesliqada özünün 268-ci topunu vurub. Bununla da Levandovski Klaus Fişerə çatıb.

Cütlük yalnız Herd Müllerdən geri qalır. Əfsanənin aktivində 365 top var.

Qeyd edək ki, hazırda davam edən oyunda “Bavariya” 3:0 hesabı ilə öndədir.