00:44 14-03-2021
news_image
115
FUTBOL

Futbolçular rəqibi döydülər – beyni silkələndi

Rusiya futbolunda qalmaqal yaşanıb.

Apasport.az saytının məlumatına görə, “Çertanovo” klubunun futbolçuları “Lokomotiv”lə matçdan sonra rəqib futbolçu Maksim Şnaptsevi döyüblər.

Hadisə Gənclər Liqasının oyunundan sonra baş verib. Zərərçəkmişdə beyin silkələnməsi və sınıqlar aşkarlanıb. Hadisə yerinə dərhal polis çağırılıb. “Dəmiryolçular” qalmaqalla bağlı sabah bəyanat yaymağı planlaşdırır.

Qeyd edək ki, döyülən müdafiəçi 2004-cü il təvəllüdlülərdən ibarət komandada oynayır.