13:16 14-03-2021
news_image
169
FUTBOL

Kasilyasa çatdı – qaldı Messi

İspaniya La Liqasının XXVII turu “Real”ın kapitanı Serxio Ramos üçün əlamətdar olub.

Apasport.az saytının məlumatına görə, zədədən qayıdaraq “Elçe” ilə qarşılaşmada start heyətində yer alan mərkəz müdafiəçisi komandasının 334-cü qalibiyyətinin iştirakçısı olub.

O, bu göstəriciyə görə, La Liqa tarixinin ikincisi olan sabiq komanda yoldaşı İker Kasilyasa çatıb. Bu baxımdan rekordçu “Barselona”nın kapitanı Lionel Messidir. Argentinalı çempionatda 377 qələbəyə sevinib.

Qeyd edək ki, “Real”ın “Elçe” üzərində 2:1 hesabı ilə qalib gəldiyi matçda Serxio Ramos 61-ci dəqiqədə əvəzlənib.