14:02 14-03-2021
news_image
170
FUTBOL

“Liverpul”un müdafiəçiləri AVRO-2020-ni buraxacaq – Klopp açıqladı

“Liverpul”un müdafiəçiləri Vircil van Deyk və Co Qomes AVRO-2020-ni buraxacaqlar.

Apasport.az saytının məlumatına görə, bunu “qırmızılar”ın baş məşqçisi Yurgen Klopp deyib.

Təcrübəli mütəxəssisin fikrincə, uzun müddətdir zədəli olan niderlandlı və ingiltərəli mərkəz müdafiəçisi yayda baş tutacaq qitə birinciliyinə yetişməyəcək: “Əldə etdiyim məlumatlar onların Avropa çempionatında iştirak etməsinin mümkün olmadığını göstərir. Ümid edirəm ki, növbəti mövsümün hazırlığına bizimlə başlayacaqlar. Açığı, AVRO-2020 barədə düşünmürəm, onların yay təlim-məşq toplanışına bizimlə birlikdə qatılmasına yalnız sevinərik”.

Qeyd edək ki, van Deyk ötən ilin oktyabrından, Qomes isə noyabrından zədəlidir.