13:44 14-03-2021
news_image
80
FUTBOL

Əvəzedici heyətin baş məşqçisinə həvalə – Premyer Liqa klubu

“Şeffild Yunayted”in yeni baş məşqçisinin adına aydınlıq gəlib.

Apasport.az saytının məlumatına görə, Premyer Liqa təmsilçisi bu posta Pol Hekinqbottomu gətirib.

Əvəzedici heyətin baş məşqçisi müvəqqəti olaraq mövsümün sonuna qədər əsas komandanı çalışdıracaq. 43 yaşlı mütəxəssis bu postda 2016-cı ildən “Şeffild Yunayted”ə rəhbərlik edən və komandanı Premyer Liqaya yüksəldən Kris Uilderi əvəz edib.

Qeyd edək ki, “Şeffild Yunayted” hazırda 14 xalla Premyer Liqada sonuncu pillədə qərarlaşır.