17:17 14-03-2021
news_image
85
FUTBOL

417 günlük həsrətə son qoydu - Aquero

İngiltərə Premyer Liqasının XXVIII turunda “Fulhem”lə səfər oyunu “Mançester Siti”nin hücumçusu Serxio Aquero üçün əlamətdar olub.

Apasport.az saytının məlumatına görə, argentinalı forvard uzunmüddətli qol həsrətinə son qoyub.

“Şəhərlilər”in 3:0 hesabı ilə qalib gəldiyi görüşün 60-cı dəqiqəsində son nöqtəni penaltidən məhz Aquero qoyub. Bununla 32 yaşlı ulduz futbolçu ötən ilin yanvarından bəri Premyer Liqada ilk qolunu vurub. Son bir ildə zədələr səbəbindən çox az görüşdə iştirak edən Serxio 417 günlük həsrətə son qoyub.

Qeyd edək ki, Serxio Aquero cari mövsüm çempionatda cəmi 8 görüşdə iştirak edib.