19:27 14-03-2021
news_image
204
FUTBOL

“O, bəladan qurtardı” – Samir Abasov

“Emin Mahmudovun yoxluğu bəzi məqamlarda hiss olundu. Bunun bir az əziyyətini çəkdik. Amma şükürlər olsun ki, qalib gəldik”.

Apasport.az saytının məlumatına görə, bunu “Neftçi”nin baş məşqçisi Samir Abasov Azərbaycan Premyer Liqasının XX turunda “Səbail”lə keçirilən oyundan sonra deyib.

43 yaşlı mütəxəssis mətbuat konfransında komandasının 4:0 hesabı ilə qalib gəldiyi görüşü dəyərləndirib: “Uzunmüddətli fasiləmiz olacaq. Ora rahat başla yollanmaq çox önəmli idi. Yaxşı dincəlib, hazırlaşacağıq. Çempionat hələ bitməyib. Həddən artıq çox oyunçumuz millilərə gedəcək. Bunun bəlkə bir az əziyyətini çəkəcəyik”.

- Fəhmin Muradbəyli və Ahmed Ahmedov niyə iştirak ərizəsində deyil?
- Fəhmin zədəlidir. Məşqdə bəladan qurtardı. Ayağı qırıla bilərdi. Ahmed məşqə çıxsa da, əzələsində dartılma aşkar olundu.

- Keysuke Hondanın hazırkı durumu nə yerdədir?
- Honda fərdi məşqə çıxıb. Komandaya 3 günlük fasilə vermişik. Ondan sonra məşqə qoşulacaq. Fiziki cəhətdən problemi yoxdur. Çalışacağıq fasilədə yoxlama görüşü keçirək və Hondanı sınayaq. O zaman onun növbəti çempionat matçına nə dərəcədə hazır olacağını görəcəyik.

- Bu fasilə birinci pillədəki “Neftçi” üçün düşərli olacaq?
- Artıq 6 nəfər gənclər yığmasına çağrılıb. Həmçinin əsas milliyə də bir neçə oyunçu yollanacaq. Gedənlərin sağ-salamat qayıtması çox önəmlidir. Milliyə gedən oyunçuların sayı önəmlidir. Təbii ki, yığmaya azarkeşlik edəcəyik.

- Monroz fərqləndikdən sonra qeyri-adi şəkildə qol sevinci yaşadı, eynək işarəsi göstərdi. Bunun səbəbini bilirsiniz?
- Bəlkə eynək sifariş edib, tez gəlməsini gözləyir.