20:16 14-03-2021
news_image
95
FUTBOL

“Nə edəcəyimi bilmirdim” – məşqçisini təcavüzdə günahlandırdı

Estoniya Futbol Assosiasiyası “Nomme Kalyu” klubunu və onun sabiq məşqçisi Jetulio Aurelio Fredoya intizam cəzası verib.

Apasport.az saytının məlumatına görə, braziliyalı mütəxəssis yetkinlik yaşına çatmayan qadın futbolçu Birqit Tikki təcavüz etməkdə günahlandırılır.

Hadisə 2014-cü ildə Tikk 17 yaşında olarkən baş verib. Həmin vaxt belində ağrıları olan Tikki Fredo masaja dəvət edib. Zərərçəkən həmin anları belə xatırlayıb: “Onun bu sözlərinə təəccüblənsəm də, düşündüm ki, yəqin digər qızları da masaj edir. Masaj edərkən paltarımı çıxardı. Nə edəcəyimi bilmirdim. Ona müqavimət göstərməyə cəsarət etmədim, çünki elə də yaxşı tanımırdım. Məni zorlayacağından qorxurdum. Qəfildən əllərini ayaqlarımın arasına sıxdı. Artıq onda nə etdiyini soruşdum və dayandı”.

Birqit Tikki məhz həmin hadisədən sonra karyerasını bitirdiyini açıqlayıb.

Qeyd edək ki, Jetulio Aurelio Fredo həmçinin daha bir qadın futbolçu Mia Belle Trisnunu 14 yaşında olarkən zorlamaqda ittiham edilir. Lakin “Nomme Kalyu” rəhbərliyi bu məsələdə braziliyalı mütəxəssisi müdafiə edib. Klub bildirib ki, 67 yaşlı məşqçi Mia ilə onun razılığı əsasında 13 il münasibətdə olub.