21:12 14-03-2021
news_image
233
FUTBOL

Azərbaycan yığmasına çağrıldı - "Minay"ın futbolçusu

DÇ-2022-nin seçmə mərhələsində bu ay ilk oyunlarını keçirəcək Azərbaycan millisinə 30 futbolçu çağırılıb.

Apasport.az saytının məlumatına görə, daha bir futbolçu AFFA tərəfindən milliləşdirilərək ilk dəfə yığmaya dəvət edilib.

Bu, Ukraynanın “Minay” klubunun üzvü Anatoli Nuriyevdir. Komanda yoldaşı Rüstəm Əhmədzadədən fərqli, Nuriyev qarşıdakı matçlarda Azərbaycan yığmasında debüt etmək imkanı əldə edib.

Millimiz martın 24-də və 30-da seçmə mərhələsi çərçivəsində müvafiq olaraq Portuqaliya və Serbiya ilə, 27-də isə yoldaşlıq görüşündə Qətərlə ilə qarşılaşacaq.

Qeyd edək ki, Anatoli Nuriyevin milliləşdiriləcəyini ilk dəfə yanvarın 22-də apasport.az saytı yazıb.

https://apasport.az/az/news/161674?fbclid=IwAR1wabC2IW-gJHBo9vznB5dFsOph-lXnVclAC9NGQewYjApYMiosMwON_cs