00:05 15-03-2021
news_image
152
FUTBOL

“Bu, çıxış yolu deyil” – diz çökməyən futbolçu

İngiltərə Premyer Liqasının XXVIII turunda “Vest Bromviç”lə “Kristal Pelas” arasında keçirilən oyun ikincilərin hücumçusu Vilfred Zahanın gözlənilməz hərəkəti ilə diqqət çəkib.

Apasport.az saytının məlumatına görə, qaradərililərə qarşı irqçiliyə etiraz əlaməti olaraq Premyer Liqada hər matçdan əvvəl futbolçular diz çöksələr də, bu dəfə Zaha ayaq üstdə qalıb.

Fevraldan bəri ənənə halını alan bu tələbə bir daha riayət etməyəcəyini açıqlayan Fil Dişi Sahili millisinin üzvü qərarını belə əsaslandırıb: “Bu addım mənim üçün yetərli deyil. Diz çökməyin artıq oyunöncəsi sıradan hərəkət olduğunu hiss edirəm. Diz çöksək də, çökməsək də bəzilərimiz hələ də irqçi təcavüzə məruz qalırıq. Yəni diz çökmək çıxış yolu deyil”.

Qeyd edək ki, “Kristal Pelas” – “Vest Bromviç” oyunu birincilərin 1:0 hesablı qələbəsi ilə yekunlaşıb.