21:51 14-03-2021
news_image
193
FUTBOL

Legioneri ilə müqaviləni pozdu - "Neftçi"

“Neftçi” yarımmüdafiəçisi Saman Nərimancahanla yollarını ayırıb. 

Apasport.az saytı xəbər verir ki, bu barədə Bakı klubu rəsmi saytı ilə məlumat yayıb. 

Bildirilib ki, 30 yaşlı iranlı legionerlə müqaviləyə qarşılıqlı razılaşma əsasında xitam verib.

Qeyd edək ki, keçən ilin yanvarında “Neftçi”yə keçən Nərimancahan “ağ-qara” formada 22 oyunda meydana çıxıb, 1 qol vurub.