09:42 15-03-2021
news_image
136
FUTBOL

“İnter”dən geridə, “Milan”dan öndə - “Neftçi” və “Qarabağ”

Avropanın “böyük beşlik” ölkələrində orta hesabla hər oyunda ən çox xal toplayan komandaların siyahısı açıqlanıb.

Apasport.az saytının məlumatına görə, İtaliya A seriyasının lideri “İnter” cədvələ başçılıq edir.

27 matçda 65 xal toplayan “neradzurra” orta hesabla hər görüşdə 2,41 xal əldə edib. Bu baxımdan ikinci sırada İngiltərə Premyer Liqasının lideri “Mançester Siti” qərarlaşıb. İlk “üçlüy”ü İspaniya La Liqasına başçılıq edən “Atletiko” qapayıb.

Almaniya Bundesliqasının təmsilçisi “Bavariya” və Fransa Liqa1-də çıxış edən “Lill” növbəti pillələrdə özlərinə yer ediblər.

Azərbaycan Premyer Liqasında 20 turdan sonra 42 xal toplayan “Neftçi” və “Qarabağ”ın orta hesabla hər matça qazandığı xal 2,1-dir. Müqayisə etdikdə təmsilçilərimiz “Top-5” liqalarda bu baxımdan 10-cu pillədəki “Milan”ı qabaqlayırlar. Həmçinin PSJ, “Mançester Yunayted”, “Roma”, “Çelsi”, “Liverpul” kimi nəhəng klubların da orta hesabla qazandığı xal “Neftçi” və “Qarabağ”dan azdır.

İlk “10-luq”:
1. “İnter” – 2,41 xal
2. “Mançester Siti” – 2,37
3. “Atletiko” – 2,33
4. “Bavariya” – 2,32
5. “Lill” – 2,17
6. “Leypsiq” – 2,16
7. “Barselona” – 2,15
8. “Yuventus” – 2,12
9. “Real” – 2,11
10. “Milan” – 2,07