11:41 15-03-2021
news_image
154
FUTBOL

3 rusiyalı barədə intizam işi açdı - FİFA

FİFA rusiyalı futbolçularla bağlı intizam işi açıb.

Apasport.az saytının məlumatına görə, iki kişi və bir qadın futbolçu 2013-cü ildə antidopinq qaydalarını pozmaqda şübhəli hesab olunur.

Bu futbolçuların adları hələlik açıqlanmır. Həmin oyunçuların milli komandalara çağırılan futbolçulardan olmadığı bildirilir.

Rusiya Futbol İttifaqı məsələ ilə bağlı FİFA ilə daim təmasdadır. Qurum futbolçulara zəruri hüquqi yardım göstərəcəyini açıqlayıb.