11:54 15-03-2021
news_image
78
FUTBOL

100-ə çatdı – “Keşlə”nin paraqvaylısı

“Keşlə”nin futbolçusu Sezar Meza Kolli Azərbaycan Premyer Liqasında yubiley matçını keçirib. 

Apasport.az saytının məlumatına görə, XX turun “Sumqayıt”la görüşü (2:2) legioner yarımmüdafiəçinin 100-cü oyunu olub.

Paraqvaylı futbolçu bu görüşlərdə 13 qol vurub. Ölkəmizdə 2013/14 mövsümündə debüt edən Sezar bu müddətdə iki klubun formasını geyinib. O, fasilələrlə çıxış etdiyi “Keşlə”dəki 81 matçda 9 qol vurub. Yarımmüdafiəçi “Zirə”də oynadığı 2016/17 mövsümünün 19 qarşılaşmasında 4 dəfə fərqlənib.

Qeyd edək ki, Sezar çempionatda ilk oyununu 2013-cü il sentyabrın 12-də səfərdə “Neftçi”yə qarşı (1:3) keçirib.