12:32 15-03-2021
news_image
169
FUTBOL

3 oyuna 48 xal və ya -12 - millimizin perspektivi

Azərbaycan millisinin mart perspektivi açıqlanıb.

Apasport.az saytının məlumatına görə, bu ay keçiriləcək üç matçın yığmamızın FİFA reytinqinə necə təsir edəcəyi müəyyənləşib.

Portuqaliya və Serbiya ilə DÇ-2022-nin seçmə oyunları, həmçinin Qətərlə yoldaşlıq görüşü Canni de Byazinin yetirmələrinin mövqeyinə xeyli təsir edə bilər. Hazırda 1180 xalla dünyanın 108-ci komandası olan millimiz bu üç qarşılaşmada maksimum 48 xal toplaya bilər. Maksimal itki isə 12-yə bərabər olacaq.

Yığmamız hər üç rəqibi ilə müqayisədə daha aşağı sıralarda olduğundan istənilən heç-heçə belə xeyrimizədir. Seçmə oyunlardakı sülh və qələbənin dəyəri daha yüksəkdir. Lakin bunun üçün futbolçularımız sensasiya etməlidir.

Lakin ekspertlərin proqnozları yığmamızın əleyhinədir. Komandamızın hər üç görüşdə uduzacağı, 12 xal itirəcəyi gözlənilir. Bu, xal aktivi 1168-ə enəcək millinin 112-ci sıraya yuvarlanması ilə nəticələnəcək. De Byazinin yetirmələrinin KXDR, Liviya, MAR, Zimbabve və Tailanddan geri düşə, Farer adalarını keçə bilər.

Rəqib

Qələbə

Heç-heçə

Məğlubiyyət

Portuqaliya

21,6

9,1

-3,4

Qətər

7

2

-3

Serbiya

19,4

6,9

-5,6