15:12 15-03-2021
news_image
171
FUTBOL

Qarşılaşdığı ən çətin 10 hücumçu – Tyaqo Silvanın

Hazırkı dövrün ən yaxşı mərkəz müdafiəçiləri arasında, şübhəsiz ki, Tyaqo Silvanı göstərmək lazımdır.

Apasport.az saytının məlumatına görə, hazırda “Çelsi”də çıxış edən Silva 37 yaşı olmasına baxmayaraq, hələ də Braziliya millisinin formasını geyinir.

20 illik karyerası ərzində saysız-hesabsız hücumçulara başağrısı olan “sambaçı” indiyə qədər qarşılaşdığı ən güclü 10 hücumçunu açıqlayıb. O, aşağıda adları sadalanan ulduzları gücünə görə sıralayıb.

1. Lionel Messi – “Peşəkar futbolçudur. İnanılmaz keyfiyyətə və Allah vergisinə sahib bir istedaddır. Mənə görə o, ən yaxşıdır”.

2. Kriştianu Ronaldo – “Peşəkarlığı, futbola köklənməsi və sevgisi mükəmməldir. Sadiqliyi və qazandığı uğurlara görə ona heyranam”.

3. Neymar – “Klasa, zəkaya və cazibədar oyuna sahibdir. Texniki bacarığı və heç nədən qol vəziyyəti yaratma bacarığı məni təsirləndirməyə bilməz”.

4. Zlatan İbrahimoviç – “İbrahimoviç sıralamada dördüncüdür. O, gördüyü işlərlə bir çox uşağa örnək oldu. Futboldan əvvəl taekvondoda kara kəmər sahibi olub. Heyranı olduğum bir futbolçudur. Həm çiyin-çiyinə, həm də ona qarşı oynamaq imkanım oldu”.

5. Adriano – “Fövqəladə sol ayağı ilə yanaşı, Didye Droqba kimi möhtəşəm fiziki gücə sahib idi”.

6. Romario – “Cərimə meydanı daxilində zəkası inanılmaz idi. O zonada gördüyüm ən yaxşı futbolçudur”.

7. Roberto Firmino – “Gözəl texniki keyfiyyətə sahibdir. O qədər ağıllı davranır ki, müdafiəçilərin meydanda yoxa çıxmasına səbəb olur”.

8. Didye Droqba – “Fiziki gücü tam başqa idi. Bununla bərabər texniki bacarıqları da əla idi”.

9. Kilian Mbappe – “Həm sürəti, həm də texnikası ilə siyahıda olmağa layiqdir”.

10. Anxel Di Mariya – “Texniki göstəriciləri və inanılmaz sol ayağı onu da fərqləndirir”.