17:06 15-03-2021
news_image
312
FUTBOL

“Honda çempionluğa gedən yolda bizə dəstək olacaq” - Kamran Quliyev

“Klubumuzun tarixində əlamətdar günlərdən biridir. Avropanın böyük klublarında oynamış dünya futbol ulduzunu heyətimizə qatırıq”.

Apasport.az saytının məlumatına görə, bunu “Neftçi”nin prezidenti Kamran Quliyev yeni transfer Keysuke Hondanın imzalanma mərasimindən sonra deyib.

Paytaxt klubunun rəhbəri yaponiyalı ulduz futbolçunun onlayn mətbuat konfransında fikirlərini bölüşüb: “Honda artıq “ağ-qara”lı formanı geyinəcək. Hondaya uğurlar arzulayıram. Onun simasında gələcəkdə bir çox məşhur futbolçuların “Neftçi”nin şərəfini qorumasını istərdik. Hazırda çempionatda liderik. Honda çempionluğa gedən yolda bizə dəstək olacaq. Ayağı düşərli olsun”.

Mövsümün son 8 oyununda komandamıza kömək etsə, çempion olsaq, yayda oturub yeni müqavilə ilə bağlı danışmaq olar.