17:09 15-03-2021
news_image
158
FUTBOL

“Neftçi”nin çempionluğu üçün əlimdən gələni edəcəyəm” - Honda

“Gözəl təqdimata görə kluba təşəkkür edirəm”.

Apasport.az saytının məlumatına görə, bunu “Neftçi”nin yeni transferi Keysuke Honda deyib.

Bakılılarla mövsümün sonuna qədər müqavilə imzalayan yaponiyalı yarımmüdafiəçi ardından onlayn mətbuat konfransı keçirib.

35 yaşlı ulduz futbolçu təəssüratlarını bölüşüb: “Neftçi”nin çempionluğu üçün əlimdən gələni edəcəyəm. Bilirəm ki, asan olmayacaq. “Neftçi” çempion olmaq istəyir. Mən də bunun üçün əlimdən gələni əsirgəməyəcəyəm”.

- Azərbaycana gələnə qədər Azərbaycan futbolu haqda hansı məlumata malik idiniz?
- “Neftçi”nin iki oyununa baxmışam. Müdafiədə çox yaxşı oynayırlar. Mən hücumameyilli oyunçuyam. Əlimdən gələni edəcəyəm ki, komanda hücumda qollar vursun. Komandanın çempionluq şansı var, bunun üçün bütün gücümü səfərbər edəcəm.