17:24 15-03-2021
news_image
255
FUTBOL

Azərbaycana gəlməyinin səbəbini açıqladı - Honda

Yaponiya millisinin sabiq futbolçusu Keysuke Hondanin karyerasını davam etdirmək üçün Azərbaycanı seçməyinin səbəbi məlum olub.

Apasport.az saytının məlumatına görə, bunu Bakının “Neftçi” klubuna keçən 35 yaşlı yarımmüdafiəçi təqdimat mərasimində açıqlayıb.

O bildirib ki, Azərbaycanın ən titullu klubunu seçməsi Avropada oynamaq istəyi ilə bağlıdır: “Neftçi”ni seçməyimin bəzi səbəbləri var. Yanvarda başqa variantlarım var idi, amma mən Avropada çıxış etmək istəyirdim. Avropadan da “Neftçi” mənimlə maraqlandı. Mənə bu barədə Yaponiyada da sual verdilər ki, niyə orada qalmadın? Yaponiyada oynamaq artıq mənim üçün maraqlı deyildi. Bu mənim üçün yeni çağırışdır. Burada da uğurlu olmaq üçün əlimdən gələni edəcəm. Karyeram ərzində çox səhvlər etmişəm. Amma burada yenidən özümü göstərmək istəyirəm”.

Qeyd edək ki, Honda Yaponiya millisində 98 oyuna 35 qol vurub.