00:31 16-03-2021
news_image
150
FUTBOL

Ronaldoya ad qoyuldu - “Zevs”

Kriştiano Ronaldonun rəsmi matçlarda ən çox qol vuran futbolçu adına yiyələnməsinə portuqaliyalı ulduzun sevgilisi Corcina Rodriges də biganə qalmayıb.

Apasport.az saytının məlumatına görə, o, “Yuventus”un forvardının qol sayında “Futbol Kralı” Peleni arxada qoymasına instaqram paylaşımı ilə münasibət bildirib.

Corcina Ronaldonun başında tac olan şəklini paylaşaraq qısaca “Zevs” yazıb. Rodriges bununla da sevgilisini futbol tarixinin ən yaxşısı sayıb.

“Kalyari” ilə İtaliya A seriyasının matçında het-trikə imza atan Ronaldo qol sayını 770-ə çatdırıb. Bununla da portuqaliyalı Pelenin rekordunu arxada qoyub.

Qeyd edək ki, Corcina və Kriştiano 2016-cı ildən birlikdədir. 2017-ci ilin noyabrında onların qızı olub. Ronaldonun daha üç uşağı da var.