17:39 15-03-2021
news_image
227
FUTBOL

“Futbola başlayanda bu, heç ağlıma da gəlməzdi” - Honda

“Kamboca yığmasının baş meneceriyəm. Orada yaxşı insanlar işləyir, maraqlı layihələri var”.

Apasport.az saytının məlumatına görə, bunu “Neftçi”nin yeni transferi Keysuke Honda deyib.

Kamboca millisinin də baş meneceri olan yarımmüdafiəçi eyni anda iki işi görməyin ona problem yaratmayacağını söyləyib: “Bu mənim üçün problem olmayacaq. Düzdür, prioritet mənim üçün “Neftçi” olacaq”.

Yaponiyalı futbolçu karyerası ərzində 8-ci ölkədə çıxış edəcəyi ilə bağlı məsələyə də münasibət bildirib: “Buna görə qürur duyuram. Futbola başlayanda bu, heç ağlıma da gəlməzdi. Düşünürəm ki, bu son olmayacaq. Karyeramda başqa ölkələr də olacaq”.

Əksəriyyət yarımmüdafiəçinin 10 nömrəli formanı götürəcəyini düşünsə də, Honda 4 nömrəyə üstünlük verib. O, bunun səbəbini belə izah edib: “4 nömrəli formanı sevirəm. Yaponiya millisində də bu nömrəni geyinmişəm. 4 nömrədə olarkən daha çox qol vurmuşam, nəinki 10 nömrədə”.

35 yaşlı pleymeyker Yaponiya millisi ilə Tokio Yay Olimpiya Oyunlarında iştirak etmək arzusunu da etiraf edib: “Mümkünsüz heç nə yoxdur. Düzdür, çətin olacaq. 23 yaşdan yuxarı 3 oyunçu seçiləcək. Millidə oynamışam. “Neftçi”də yaxşı oyun nümayiş etdirərək, yığmanın etimadını qazanmağa çalışacağam”.