23:44 15-03-2021
news_image
103
FUTBOL

Premyer Liqa klubunun hədəfində - Alleqri

Tanınmış mütəxəssis Massimiliano Alleqri karyerasını İngiltərədə davam etdirə bilər.

Apasport.az saytının məlumatına görə, italiyalı baş məşqçi Premyer Liqa təmsilçisi “Lids”in maraq dairəsindədir.

O, yayda klubdan gedəcəyi gözlənilən Marselo Byelsanı əvəzləməyə əsas namizəd hesab olunur. Tərəflər arasında ilkin danışıqlar da baş tutub.

Qeyd edək ki, 2019-cu ilin yayından işsiz olan Alleqri “Yuventus” və “Milan”a rəhbərlik edib. O, 5 dəfə İtaliya çempionu olub.