01:14 16-03-2021
news_image
145
FUTBOL

“Çelsi”dən gedir – Pulişiç

İngiltərənin “Çelsi” klubunun futbolçusu Kristian Pulişiç London təmsilçisi tərk edəcək.

Apasport.az saytının məlumatına görə, yarımmüdafiəçi yay transfer pəncərəsində özünə yeni komanda tapmağa qərar verib.

O, Tomas Tuxelin baş məşqçi təyin olunmasından sonra oyun praktikası qazanmaqda çətinlik çəkir. Bu da futbolçunu qane etmir. Almaniyanın “Bavriya” klubunun maraq dairəsində olan 22 yaşlı yarımmüdafiəçi Münhen təmsilçisində Kinqsli Komanı əvəzləyə bilər.

Qeyd edək ki, Pulişiç cari mövsüm 26 oyunda 2 qol vurub.