11:55 15-08-2008
news_image
450
STOLÜSTÜ OYUNLAR

Eltac Səfərli dünya çempionu olmaq şansını saxlayır

Bakı. Kənan Həsənov - APA-Sport. Türkiyənin Qaziantep şəhərində təşkil olunan 20 yaşadək şahmatçılar arasında dünya çempionatında XII turun oyunlarına yekun vurulub. “APA-Sport” agentliyinin məlumatına görə, hesabat turunu Azərbaycan şahmatçılarının aktivinə yazmaq mümkündür. Filippinli Su Uesli ilə xalları yarı bölən Eltac Səfərli (8,5 xal) qızıl medal qazanmaq şansını son tura saxlayıb. Liderdən cəmi 0,5 xal geri qalan qrossmeysterimiz bu gün Maksim Rodşteynlə (İsrail) qarşılaşacaq. Növbəti qələbəsini qazanan Rauf Məmmədov xallarının sayını 8-ə çatdırıb. Vasif Durarbəyli 7, Orxan Abdulov 6,5, Bəhruz Rzayev 5,5 xal toplayıb. Qızların yarışına qatılan təmsilçilərimiz isə axırıncı turun nəticələrindən asılı olmayaraq, medal qazanmaq şanslarını itiriblər. Buna səbəb fəxri kürsüyə yüksəlməyə namizəd olan Nərmin Kazımovanın (7,5 xal) hesabat turunda uduzmasıdır. XII turu 1 xalla başa vuran Türkan Məmmədyarova (7,5 xal) və Xəyalə İsgəndərova (6,5 xal) üçün də axırıncı oyunlar əhəmiyyətsiz olacaq.