10:21 16-03-2021
news_image
301
TOP OYUNLARI

Mükafatını komanda yoldaşına verdi - yığmamızın sabiq hücumçusu

Azərbaycan milli komandasının sabiq voleybolçusu Polina Rəhimova təqdirəlayiq hərəkəti ilə diqqət mərkəzinə düşüb.

Apasport.az saytının məlumatına görə, “Sesi” klubunda çıxış edən hücumçu Braziliya çempionatının 1/4 final mərhələsində fərqlənib.

O, “Flamenqo” ilə ikinci qarşılaşmada topladığı 20 xalla matçın qəhrəmanı olub. Polina 3:0 (25:20, 25:20, 25:22) hesablı qələbədən sonra görüşün MVP-si seçilib.

Millimizin sabiq üzvü komanda yoldaşı Maranı çağıraraq mükafatı ona verib. Polina bu addımını blokçunun bu ada daha çox layiq olması ilə izah edib.

Qeyd edək ki, “Sesi” bu qələbə ilə seriyada hesabı bərabərləşdirib – 1:1. Yarımfinalçının adına martın 19-dakı həlledici matçda aydınlıq gələcək.