10:36 16-03-2021
news_image
130
FUTBOL

Kameruna qarşı oynayacaq - “Qarabağ” legioneri

“Qarabağ”ın futbolçusu Patrik Andrade Kabo-Verde millisinə dəvət alıb.

Apasport.az xəbər verir ki, bu barədə Ağdam klubunun mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, yarımmüdafiəçi Afrika Millətlər Kubokunun seçmə mərhələsində Kamerun və Mozambiklə oyunlar üçün milliyə çağırılıb.

Qeyd edək ki, Kabo-Verdenin Kamerunla oyunu martın 22-də, Mozambiklə matçı isə 30-da baş tutacaq.