11:18 16-03-2021
news_image
140
FUTBOL

AVRO-2020-ni buraxmaq təhlükəsi ilə üz-üzə - Azar

Belçika millisinin və İspaniyanın “Real” klubunun futbolçusu Eden Azarın AVRO-2020-də iştirakı sual altına düşüb.

Apasport.az saytının məlumatına görə, zədələrdən əziyyət çəkən hücumçu əməliyyat olunmalıdır.

Əgər futbolçu cərrahi müdaxiləyə məruz qalsa, cari mövsümü buraxacaq. Bu, onun qitə çempionatında iştirakına da problem yarada bilər.

Azar martın 13-də uzun sürən bərpa prosesindən sonra meydana dönüb. Sonradan onun yenidən xəsarət aldığı aşkarlanıb.

Qeyd edək ki, 30 yaşlı futbolçu cari mövsüm La Liqada 9 oyunda 2 qol vurub.