13:55 16-03-2021
news_image
98
FUTBOL

Cəzaları açıqladı - AFFA

AFFA-nın İntizam Komitəsinin iclası keçirilib.

Apasport.az saytının məlumatına görə, yığıncaqda Azərbaycan Premyer Liqasının XX turunda baş verənlər müzakirə olunub.

“Qəbələ” – “Zirə” oyununda meydan sahiblərinin futbolçusu Merab Qiqauri təcavüzkar davranışa görə birbaşa qırmızı vərəqə ilə meydançadan kənarlaşdırıldığı üçün 3 matçlıq cəzalanıb. O, klubunu 2400 manat ziyana salıb. Həmin görüşdə “Zirə”nin 4 oyunçusu sarı vərəqə aldığı üçün bakılılar 800 manat cərimə olunub.

“Neftçi” – “Səbail” oyununda 4 futbolçusu sarı vərəqə ilə cəzalanan qonaqlar 800 manat ödəyəcək.