13:58 16-03-2021
news_image
187
FUTBOL

Kamran Quliyev cəzalandırıldı - qeyri-etik ifadəyə görə

AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib.

Apasport.az saytının məlumatına görə, komitə birinci divizionun XVII turunda baş vermiş neqativ hallara hüquqi qiymət verib.

“Sumqayıt-2” – MOİK oyununda xərəkdaşıyanların yaş həddi pozulduğu üçün meydan sahibləri 80 manat məbləğində cərimələnib.

“Sabah-2”ın futbolçusu Kamran Quliyev “Turan Tovuz”la səfər görüşündə qeyri-etik ifadəyə görə birbaşa qırmızı vərəqə ilə meydançadan kənarlaşdırıldığı üçün 3 oyunluq cəzalandırılıb, klubu 160 manat cəriməyə məruz qalıb.