22:00 16-03-2021
news_image
225
FUTBOL

“Sabah”ın qeyri-adi göstəricisi - “Top-5” liqa və Azərbaycan Premier Liqası...

İspaniya La Liqasının XXVII turunda “Ueska” ilə matçda (4:1) fərqlənən “Barselona”nın müdafiəçisi Oskar Minqueza “siftə” edib.

Apasport.az saytının məlumatına görə, gənc müdafiəçi cari mövsüm ölkə çempionatında qol vuran 17-ci “Barselona”lı olub.

Bununla Kataloniya klubu “Top-5” liqalarda ən çox oyunçusu fərqlənən klubların sıralamasında birinci pilləyə yüksəlib. Onların ən yaxın izləyiciləri “Atalanta” və Dortmund “Borussiya”sıdır. İkincilərdə 51 qol 16 nəfərin adına yazılıbsa, komanda 1 dəfə də avtoqola sevinib.

Müqayisə üçün qeyd edək ki, Azərbaycan Premyer Liqasında bu baxımdan ən yüksək göstərici “Qarabağ”, “Neftçi” və “Sabah”a məxsusdur. Maraqlıdır ki, “Qarabağ”da 46, “Neftçi”də isə 30 topu 11 futbolçu vurub. “Sabah”ın qeyri-adi göstəricisi ondan ibarətdir ki, 20 turdan sonra çempionatın autsayderi olan bakılılarda 18 qol üçün 11 oyunçu topu tora qovuşdurmalı olub. “Sabah”ın bir topu da avtoqol kimi qeydə alınıb.

“Barselona”
17 futbolçu 57 qol: Lionel Messi – 21, Antuan Qrizmann – 7, Ansu Fati – 4, Jordi Alba, Frenki de Yonq, Usman Dembele, Trinkao – 3, Pedri, Martin Braytvayt, Filipp Koutinyo – 2, Serxi Roberto, Junior Firpo, İlaix Moriba, Ronald Arauxo, Kleman Lanqle, Riki Puç, Oskar Minqueza - 1

“Atalanta”
16 futbolçu 63 qol: Luis Muriel – 16 qol, Duvan Zapata, Robin Qosens – 9, Yosip İliçiç – 5, Alexandro Qomes, Mario Pasaliç – 4, Ruslan Malinovski, Kristian Romero, Aleksey Mirançuk, Hans Hatebur, Sem Lammers, Rafael Toloy – 2, Remo Freuler, Xose Palomino, Marten de Ron, Matteo Pessina - 1

“Borussiya”, Dortmund
16 futbolçu 52 qol – Erlinq Haland – 19, Cedon Sanço – 6, Rafael Gerrero, Marko Roys, Covanni Reyna, Mats Hummels, Yussufa Mukoko – 3, Yulian Brandt, Manuel Akanji – 2, Əmrə Can, Tomas Delani, Torqan Azar, Toma Menye, Mahmud Dahud, Feliks Passlak, Reynier - 1

“Qarabağ” – 11
11 futbolçu 46 qol: Mahir Emreli – 13, Filip Ozobiç – 10, Ovusu Kvabena – 6, Vild-Donald Gerye – 4, Abdullah Zubir, Patrik Andrade – 3, Toral Bayramov, Xayme Romero – 2, Bədavi Hüseynov, Musa Qurbanlı, Rahil Məmmədov - 1

“Neftçi” – 11
11 futbolçu 30 qol: Namiq Ələsgərov – 14, Mirabdulla Abbasov, Sabir Buqrin – 3, Anton Krivotsyuk, Emin Mahmudov – 2, Ömər Buludov, Stiven Monroz, Vojislav Stankoviç, Yusuf Laval, Prins İbara, Mert Çelik - 1

“Sabah” - 11
11 futbolçu 19 qol: Kevin Kubemba – 5, Ramil Şeydayev – 3, Təmkin Xəlilzadə - 2, Amadu Diallo, Amin Seydiyev, Bəhlul Mustafazadə, Coşqun Diniyev, Slavik Alxasov, Xulio Sezar Rodriges, Aleksey İsayev, Tiemoko Fofana - 1