00:36 17-03-2021
news_image
141
FUTBOL

“O, dünyanın ən yaxşı mərkəz hücumçusudur” – paytaxt klubunun futbolçusu

“Baxdığım istənilən liqanın hər oyununda hücumçuları araşdırıram”.

Apasport.az saytının məlumatına görə, bunu İtaliyanın “Latsio” klubunun futbolçusu Çiro İmmobile deyib.

Paytaxt təmsilçisinin hücumçusu Çempionlar Liqasının 1/8 final mərhələsində “Bavariya” ilə görüşü ərəfəsində rəqibin əsas qol silahı Robert Levandovski barədə də danışıb: “Hər bir forvardin bir parçasını eqoizm təşkil edir. Hədəfi görəndə yalnız bu barədə düşünürük. Bu da instinkt məsələsidir. Vurduğum qolların bəziləri komanda işinin, bəziləri isə sırf instinktin bəhrəsidir. Son dövrlərdə futbol çox dəyişib. İndi ən vacib olan Levandovskiyə oxşamaqdır. Robert hərtərəfli forvarddır. O, dünyanın ən yaxşı mərkəz hücumçusudur”.

Qeyd edək ki, “Bavariya” – “Latsio” matçı martın 17-də keçiriləcək. İlk matçda almanlar 4:1 hesablı qələbə qazanıb.