21:22 16-03-2021
news_image
144
FUTBOL

Müdafiəni gücləndirir – A seriyası klubu

İtaliyanın “Latsio” klubu iki müdafiəçi alacaq.

Apasport.az saytının məlumatına görə, Roma təmsilçisinin rəhbərliyi yay transfer pəncərəsində arxa xətti gücləndirməyi zəruri sayır.

A seriyası klubu İspaniya “Vilyarreal”ından Pau Lopesi, Niderland “Ayaks”ından Lisandro Martinesi almağı planlaşdırır. Onlardan başqa “İnter”in müdafiəçisi Andre Ranokkianın azad agent kimi “Latsio”ya keçəcəyi gözlənilir.

Qeyd edək ki, “Latsio” hazırda A seriyasında 46 xalla 7-ci pillədə qərarlaşır.