20:45 16-03-2021
news_image
108
FUTBOL

Korta qeyri-adi geyimdə çıxdı - Serena

“Böyük dəbilqə” seriyalı turnirlərin 23 qat qalibi Serena Uilyams yenidən diqqət mərkəzinə düşüb.

Apasport.az saytının məlumatına görə, ABŞ tennisçisi korta qeyri-adi geyimlə çıxıb.

Bu, Uilyamsın sosial şəbəkə paylaşımında əksini tapıb. Qızı Olimpiya ilə birlikdə korta çıxan Serena hündürdaban ayaqqabı və dəbdəbəli paltarla əlində raketka tutub. Onun uşağı da anası kimi füsunkar geyimdə və raketka ilə olub. Bu, Serenanın evindəki kortda çəkilib.

Qeyd edək ki, Uilyams bu il keçirilən Avstraliya açıq çempionatında yarımfinalda yaponiyalı Naomi Osakaya uduzub.