12:54 15-08-2008
news_image
468
STOLÜSTÜ OYUNLAR

Azərbaycan şahmatçıları İspaniyada keçirilən beynəlxalq turnirdə maksimum nəticə göstəriblər

Bakı. Kənan Həsənov - APA-Sport. Azərbaycan şahmatçıları İspaniyanın Manresa şəhərində keçirilən beynəlxalq turnirdə itkisiz irəliləyirlər. “APA-Sport” agentliyinin məlumatına görə, Rəşad Babayevlə Loğman Quliyev III turdan sonra maksimum nəticə göstəriblər. Təmsilçilərimiz növbəti oyunlarını bu gün keçirəcəklər. R.Babayev hindistanlı Ponnusvami Konquveli, L.Quliyev isə kubalı Fidel Korralesi sınağa çəkəcək. 10 ölkədən 90 şahmatçının qatıldığı beynəlxalq turnir avqustun 20-də yekunlaşacaq.