17:10 16-03-2021
news_image
213
FUTBOL

Yoahim Lövlə danışığa başladı – sabiq klubu

“Fənərbaxça” baş məşqçi postunda dəyişiklik etmək niyyətindədir.

Apasport.az saytının məlumatına görə, hazırkı çalışdırıcı Erol Bulutun fəaliyyətindən narazı qalan rəhbərlik ən geci mövsümün sonunda onunla yollarını ayıracaq.

İstanbul təmsilçisinin bu yerə bir neçə namizədi var ki, siyahıya Almaniya yığmasının baş məşqçisi Yoahim Löv başçılıq edir. “Sarı-lacivərdlilər” AVRO-2020-dən sonra Bundestimdən ayrılmaq qərarına gələn sabiq çalışdırıcısı ilə rəsmi danışıqlara da başlayıb. Yaydan etibarən klubda çalışmaq istəyən Löv “Fənərbaxça”ya qayıtmağın əleyhinə deyil.

Qeyd edək ki, Yoahim Löv 1998-99-cu illərdə “Fənərbaxça”nı çalışdırıb.